102 illik supermarket brendi fəaliyyətini dayandırdı
ABŞ-da 1924-cü ildən fəaliyyət göstərən Harveys Supermarkets brendi fəaliyyətini dayandıraraq yenidən təşkilatlanma prosesinə başlayıb.
Bugun.tv xəbər verir ki, supermarket şəbəkəsinin sahibi olan Winn-Dixie şirkəti Harveys adı altında fəaliyyət göstərən səkkiz mağazanı öz brendi altında birləşdirib. Yenilənən mağazalarda özəl məhsul çeşidləri, təzə kənd təsərrüfatı məhsulları, keyfiyyətli ət məhsulları və hazır yeməklərin təqdim ediləcəyi bildirilib.
Şirkət transformasiya prosesinin əməkdaşların iş yerlərinə təsir etmədiyini, bütün işçilərin vəzifələrini qoruyub saxladığını açıqlayıb. Müştərilər üçün rəqəmsal endirimlər, “bir alana bir hədiyyə” kampaniyaları və sabit qiymət zəmanəti verən bonus proqramı da istifadəyə verilib.
Winn-Dixie şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Entoni Haker bu addımın şirkət üçün mühüm dönüş nöqtəsi olduğunu bildirib.
Mənbə: TheStreet
