Dünya

Hesabat: Daha bərabər və yaşana bilən dünya qurmaq mümkündür

Bugun.tv xəbər verir ki, Dünya Bərabərsizlik Laboratoriyasının (WIL) hazırladığı yeni hesabatda bəşəriyyətin həm həyat səviyyəsini yüksəldə, həm də qlobal istiləşməni nəzarətdə saxlaya biləcəyi bildirilib.

“The Guardian”ın məlumatına görə, 200-dən çox tədqiqatçının məlumatları əsasında hazırlanan hesabatda sərvət bərabərsizliyinin azaldılması, təhsil və səhiyyəyə investisiyaların artırılması, iş saatlarının azaldılması və bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi təklif olunur.

Araşdırmaya əsasən, bu tədbirlər həyata keçirilərsə, dünya əhalisinin 89 faizinin gəlirləri 2100-cü ilə qədər iki dəfə arta bilər. Eyni zamanda, qlobal temperatur artımını sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 2 dərəcədən aşağı saxlamaq mümkün olar.

Hesabatın həmmüəllifi, iqtisadçı Thomas Piketty bildirib ki, resursların daha ədalətli bölüşdürülməsi həm sosial, həm də ekoloji problemlərin həlli üçün vacibdir. Onun sözlərinə görə, alternativ ssenari iqlim, iqtisadiyyat və cəmiyyət üçün daha ağır nəticələrə səbəb ola bilər.

Müəlliflər hesab edirlər ki, texniki baxımdan belə bir gələcək mümkündür və əsas məsələ siyasi iradənin formalaşdırılmasıdır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Alimlər xəbərdarlıq edir: Hansı ərzaqları xilas etmək olar, hansıları isə dərhal atmaq lazımdır?

Aynur Camal

Disneyland Paris 34 ildən sonra da Disney-in sərmayəsini geri qaytara bilməyib

Aynur Camal

Yeni nəsil “yaşıl damlar” enerji qənaətində populyarlıq qazanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu