Baş xəbərSiyasət

Heydər Əliyev – Müstəqil Azərbaycan

“Heydər Əliyev özünün Azərbaycançılıq ideologiyası ilə elə müstəqil Azərbaycan deməkdir. Heydər Əliyev cəsarət, sədaqət deməkdir və ötən dövrün təcrübəsi göstərir ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada heç bir amil Ulu Öndərin siyasi irsi qədər tam mənada müstəqilliyimizin qarantına çevrilə bilmir. Bu irs bizim müasir dövlətçiliyin təməlidir. Bu mənada, bu ölkə və bu xalq üçün var olan, dövlətçiliyin və müstəqilliyin təməlində dayanan həqiqət Heydər Əliyevdir”.

Bugun.tv xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Anadan olmasının 102-ci ilində artıq əminliklə deyə bilirik ki, Ümummilli Liderin hər bir sağlam təfəkkürlü azərbaycanlının qəlbində yaşayan irsi bizim taleyimizdir. Çox xoşbəxt xalqıq ki, Ulu Öndər siyasi kursu cənab İlham Əliyevlə özünün tam yeni mərhələsinə qədəm qoyub və bu siyasi irsin davamlılığını heç kim əngəlləyə bilməz. Hər kəs arxayın ola bilər ki, Heydər Əliyevlə başlanan və bizi tarixin heç bir dövründə olmadığı qədər güclü edən bu yol birmənalı şəkildə Heydər Əliyevlə də davam edəcək”.

Aynur Camal

Oxşar xəbərlər

Tanzaniya və Rusiya ticarət və investisiya əməkdaşlığını genişləndirəcək

Aynur Camal

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Aynur Camal

Tramp: Müctəba Xamenei ilə görüşəcəyəm

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu