Hindistan dizel və aviasiya yanacağı ixracına tətbiq edilən vergiləri azaltdı
Dünya

Hindistan dizel və aviasiya yanacağı ixracına tətbiq edilən vergiləri azaltdı

Bugun.tv xəbər verir ki, Hindistan dizel və aviasiya yanacağının ixracına tətbiq edilən əlavə vergiləri azaldıb.

Reuters-in məlumatına görə, qərar oktyabrın 1-dən qüvvəyə minib. Hökumətin sentyabrın 30-da açıqladığı qərara əsasən, dizelin ixracına tətbiq edilən vergi hər litrə görə 20 rupiyadan 16 rupiyə endirilib.

Aviasiya turbin yanacağının ixracına tətbiq edilən vergi isə hər litrə görə 15 rupiyadan 10,5 rupiyə salınıb. Benzin ixracına tətbiq edilən 0,5 rupi həcmində vergi isə dəyişməz qalıb.

Hindistan bu tip əlavə vergiləri ilk dəfə 2022-ci ilin iyulunda tətbiq edib və iki il sonra ləğv edib. Vergilər 2026-cı ilin martında xam neft qiymətlərinin kəskin yüksəlməsindən sonra yenidən tətbiq olunub.

Reuters bildirir ki, Hindistanda yanacaq ixracına tətbiq edilən vergilər hər iki həftədən bir nəzərdən keçirilir və beynəlxalq xam neft və neft məhsullarının qiymətlərindəki dəyişikliklərə uyğun olaraq yenilənir.

Yeni qərarın dizel və aviasiya yanacağının ixracı ilə məşğul olan şirkətlərin vergi yükünü azaltması nəzərdə tutulur.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu