Bugun.tv xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Meksika–Cənubi Koreya oyunu ərəfəsində Dünya Kubokunun rəsmi sponsoru olan Hyundai şirkətinə qarşı etiraz aksiyası planlaşdırılır.
Etirazçılar avtomobil istehsalçısının Meksikada fəaliyyət göstərən polad şirkəti Ternium ilə əməkdaşlığını tənqid edirlər. Ətraf mühit təşkilatı Mighty Earth 2025-ci ildə yayımladığı hesabatda Hyundai-ni ekoloji cəhətdən zərərli polad tədarük zəncirinin iştirakçısı adlandırıb.
Aksiyanın əsas məqsədi Meksikada itkin düşmüş 130 min nəfərin taleyinə diqqət çəkməkdir. Fəallar həmçinin 2023-cü ildə yoxa çıxan hüquq müdafiəçisi Rikardo Arturo Laqunes və yerli icma lideri Antonio Dias Valensiyanın işi üzrə ədalətli araşdırma aparılmasını tələb edirlər.
Hyundai etirazlarla bağlı şərh verməyib, Ternium isə bütün ittihamları rədd edib.
Mənbə: The Guardian
