Dünya

Həkim: Quru meyvələrin faydası və zərəri nədən ibarətdir?

Həkim quru meyvələrin həm faydalı, həm də zərli ola biləcəyini bildirib.

Mail.ru Health-in məlumatına görə, mütəxəssis qeyd edir ki, quru meyvələr vitamin, mineral və lif baxımından zəngindir. Onlar həzmi yaxşılaşdırır, immuniteti gücləndirir və qəlyanaltı üçün əla seçimdir. Xurma, ərik qurusu və kişmiş dəmir və kaliumla zəngindir.

Lakin həkim xəbərdarlıq edir: quru meyvələrdə şəkərin miqdarı təzə meyvələrlə müqayisədə 5-7 dəfə çoxdur. Bu səbəbdən şəkərli diabet və artıq çəkisi olan insanlara gündə 30-40 qramdan artıq yemək məsləhət görülmür.

Digər problem isə istehsal zamanı əlavə olunan şəkər və kükürd qazıdır. Bəzi istehsalçılar məhsulun rəngini qorumaq və dadını artırmaq üçün konservantlardan istifadə edir. Bu da allergiya və mədə problemlərinə səbəb ola bilər.

Həkim tövsiyə edir: tərkibində əlavə şəkər olmayan, təbii qurudulmuş məhsullara üstünlük verin və porsiyaya nəzarət edin.

Mənbə: Mail.ru Health

Aynur Camal

Oxşar xəbərlər

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Aynur Camal

Ukrayna Rusiyaya 1200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum etdi

Aynur Camal

Payız yarpaqlarının rəngini nə müəyyən edir? Alimlər yeni amili üzə çıxarıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu