20 C
Baku
24 İyun 2025, 7:48
Dünya

İçməli suda uran tapıldı

Yunanıstanın şimalındakı Serres şəhərində yoxlamalar zamanı içməli suda təhlükəli miqdarda uran aşkar edildikdən sonra beş yaşayış məntəqəsində içməli və yemək bişirmək üçün su qadağan edilib.

Avropa İttifaqının (Aİ) müvafiq direktivi çərçivəsində aparılan ölçmələr nəticəsində Lefkonas, Kristos, Metohi, Melenikiotika və Hrisopigi yaşayış məntəqələrində içməli suda qanuni həddən artıq uran aşkar edilib.

Serres Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinin (DEYAŞ) baş direktoru Nikos Safarikas, nəzarətlərin tez-tez fasilələrlə təkrarlandığını və alınan nümunələrin analiz üçün ölkədəki yeganə səlahiyyətli laboratoriya olan Demokritos Araşdırma Mərkəzinə göndərildiyini bildirilib.

Safarikas, DEYAŞ-ın uranın aşkar edildiyi bölgələrdə suyun təmizlənməsi işləri üçün layihə hazırlıqlarına başladığını açıqlayıb.

Serres qubernatoru Panagiotis Spiropoulos məsələnin ciddiyə alındığını desə də, ictimaiyyətin panikaya düşməməli olduğunu vurğulayıb.

İlk ölçmələrdən sonra tez bir zamanda yeni sınaqlara başlanıldığını bildirən Spiropulos, hazırda rəsmi tövsiyələrin gözlənildiyini ifadə edib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

9 terrorçu zərərsizləşdirildi

Bugün TV

Mühərrik xarab oldu və köpəkbalığı onların ətrafında dövrə vurmağa başladı! qorxulu anlar

Aynur Camal

5000 illik Misir Mavisi geri qayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu