15 C
Baku
29 Mart 2024, 13:09
MədəniyyətSiyasətSosial

“ İctimai Natiq” layihəsinin bağlanış və mükafatlandırma mərasimi həyata keçirilib…

“ İctimai Natiq” layihəsinin bağlanış və mükafatlandırma mərasimi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “İctimai Natiq” layihəsi uğurla yekunlaşıb.

Açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova qonaqları və gəncləri salamlayıb, 2022-ci il ərzində təşkilatın gördüyü işlər barədə məlumat verib. Həmçinin, “İctimai natiq” layihəsinin müxtəlif sahələrdə təmsil olunan gənclərin natiqlik, özünüifadə, təmsilçilik və araşdırma bacarıqlarının inkişafına verdiyi töhfəni qeyd edib.

Bağlanış mərasimində çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, təşkilatın fəaliyyətinin gənclərin inkişafında oynadığı rolu, layihənin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə “İctimai natiq” nominasiyası üzrə seçilən gənclərdən olan Aydan Əzizova “Sosial məsuliyyətin hüquqlarımıza təsiri” mövzusunda nümunəvi çıxış edib, fərqlənən iştirakçılar sertifikat və 7 seçilən gənc isə “İctimai natiq” mükafatı ilə təltif olunub.

Layihə çərçivəsində 7 fərqli istiqamət üzrə (ictimai sahə, gənclərlərlə iş, könüllülük, hüquq, media, sahibkarlıq və idman) seçilən 70 gənc ilkin mərhələdə standart 14 saatdan çox nitqin strukturu, natiqlik sənəti, nitq mədəniyyəti və effektiv nitq mövzusunda təlimlərinin, ikinci mərhələdə “müxtəlif sahələrdə natiqliyin rolu” master-klasslarının iştirakçısı olub. Müsabiqə mərhələsinə çıxışları ilə fərqlənən 25 gənc seçilib, sonda isə ən yaxşı 7 natiq müəyyənləşib.

Oxşar xəbərlər

Beynəlxalq Torpaqşünaslıq Konqresi keçiriləcək

Aynur Camal

Çıxarışsız evi olanlara şad xəbər

Bugün TV

Co Bayden dünyanı kimyəvi silahlar müqaviləsinə qoşulmağa çağırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu