28 C
Baku
9 İyul 2025, 12:42
Baş xəbər

II Şuşa Qlobal Media Forumunda süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri müzakirə edilir

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu iyulun 22-də işini panel sessiyalarla davam etdirir.

  Bugun.tv xəbər verir ki, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: media savadlılığının təşviqi” adlı sessiyada texnologiya və media sahələrinin nümayəndələri, elm xadimlərinin iştirakı ilə dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda, media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin açdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin səmərəli əməkdaşlıq modelləri müzakirə edilir.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

İşğalçı israillilər İordan çayının qərb sahilində məscidi yandırıblar

Aynur Camal

Yasamal rayon sakinlərinin şikayətinə niyə baxılmır?-VİDEO

Bugün TV

Kənd sakini minaya düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu