Baş xəbərHadisə

İki avtomobil toqquşub

Bugun.tv xəbər verir ki, İki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 2 nəfər xəsarət alıb. Qəza axşam saatlarında baş verib. Şpresa Gerxhaliunun idarə etdiyi avtomobil zolaq dəyişdirərkən digər zolaqdan gələn Mehmet Ali Aydoğanın idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində iki sürücü xəsarət alıb.”TRT Haber”in məlumatına görə hadisə TEM şosesinin Ankara istiqamətindən keçən hissəsində olub. Xəbər verildikdən sonra hadisə yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qrupları yaralılara ilkin tibbi yardım göstərib, daha sonra onları Pendikdəki xüsusi xəstəxanaya sövq edib.

Hadisə yerində təhlükəsizlik tədbirləri alan polis qrupları TEM şosesi Anlara istiqamətində iki zolaqlı olaraq nəqliyyatın hərəkətini nəzarətli şəkildə davam etdirib.

Vasitələrin çıxarılması və bələdiyyə qruplarının təmizlik işinin ardından TEM şosesində Ankara istiqamətində hərəkət normal axışına döndü.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İki helikopterin toqquşması nəticəsində altı nəfər öldü

Aynur Camal

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu