Baş xəbərHadisə

İki avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət aldı

Bugun.tv xəbər verir ki, Aydının Germencik rayonunda iki avtomobilin toqquşması nəticəsində yaralanan 9 nəfər xəstəxanaya aparılıb.

TRT Haber-in məlumatına görə, Aydın-İzmir şosesində, Atatürk küçəsində İsmayıl Can D.-nin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkətdə olan Kadir S.-nin idarə etdiyi avtomobillə toqquşub. Qəzada sürücü və nəqliyyat vasitələrində olan Ş.B., E.A., İ.K., H.S., Y.E.S., Z.S. və Z.S. yaralanmışdı. Ətrafdakıların xəbəri üzərinə qəza yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Sağlamlıq qruplarının müdaxiləsindən sonra yaralıların ətraf xəstəxanalara aparıldığı, xəsarətlərinin həyati təhlükəsinin olmadığı öyrənilib. Nəqliyyatın hərəkəti üçün bağlanan yol təmizlik işlərindən sonra açılıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Qunduzlar yenidən təbiətə buraxıldı: əraziləri nadir yuxu siçanları basdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu