Baş xəbər

İlham Əliyev COP31 Liderlər Sammitində iştirak etdi – Ərdoğan və Quterreş onu qarşıladı

Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak edib.

Dövlət başçısı sammitin keçirildiyi Antalyadakı Ekspo Mərkəzinə gəldikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən qarşılanıb. Görüş zamanı sammitdə iştirak edən digər dövlət və hökumət başçıları, eləcə də nümayəndə heyətlərinin rəhbərləri də salamlanıb. Daha sonra tədbir iştirakçılarının birgə fotosu çəkilib.

Prezident İlham Əliyev sammitdə birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə iştirak edib

Tədbirin açılışında Türkiyənin “Anadolu atəşi” rəqs ansamblı müxtəlif səhnə nümunələri təqdim edib. Ardınca BMT-nin Baş katibi Antonio Quterreş, Avstraliyanın Baş naziri Entoni Albaniz, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

COP31-in Liderlər Sammiti iqlim dəyişikliyi ilə mübarizə və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından mühüm platformadır.

İlham Əliyev, COP31 sammiti, Antalya, Mehriban Əliyeva, Leyla Əliyeva, Rəcəb Tayyib Ərdoğan, Antonio Quterreş, iqlim dəyişikliyi

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

İstanbulun simvolları Azərbaycan bayrağının rənglərinə büründü

Aynur Camal

Türkiyə Prezidenti Ərdoğan Şuşada Bayraq Gününü təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu