25 C
Baku
27 İyul 2024, 4:08
Baş xəbərMədəniyyət

İlham Əliyev Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub.

Dövlətimizin başçısına uşaq bağçası barədə məlumat verib.

Bildirib ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.

Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxıb.

Sonra dövlətimizin başçısı uşaq bağçasının təməlini qoyub.

Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilib. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılıb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Şagirdləri məftillə vuran müəllim saxlanıldı

Aynur Camal

Stadnik 9-cu dəfə qızıl medal qazana bilər

Aynur Camal

Tekstil emalatxanasında maşın alovlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu