Digər

İlham Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib

Bugun.tv-xəbər verir ki, İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilən Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubu göndərib.

Dövlət başçısı məktubunda Xameneini İranın Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident eyni zamanda Xameneinin atası – İranın əvvəlki Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı başsağlığını bir daha ifadə edib.

Məktubda qeyd olunub ki, Azərbaycan ilə İran arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq ənənələrinə əsaslanır. Bu əlaqələr xalqların iradəsindən və ortaq maraqlarından qaynaqlanır.

Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında inkişafı üçün birgə səylərin davam etdiriləcəyinə ümid edir.

Məktubun sonunda Prezident İlham Əliyev İran xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu