14 C
Baku
24 Aprel 2026, 19:19
Digər

Niyə soyuqda insanın burnu qızarır, barmaqları isə göyərir?

Soyuq havada burnun qızarması və barmaqların göyərməsi qan dövranımızın soyuğa reaksiyasıdır. Bu, bədənin temperaturunu qorumaq və istilik itkisini azaltmaq məqsədilə fəaliyyət göstərən termorequlyasiya mexanizmləri ilə bağlıdır.

Niyə burun qızarır?

Burnun, həmçinin digər çıxıntılı bədən hissələrinin, soyuqdan təsirlənməyə meyli var. Aşağı temperaturda dərinin səthi kapilyarları əvvəlcə daralır (vazokonstriksiya) və istilik itkisini azaldır.

Bir müddət sonra isə toxumaların donmasının qarşısını almaq üçün kapilyarlar qısamüddətli genişlənir (vazodilatasiya). Bu isə qan axınının artmasına səbəb olur və burnun qızarmasına gətirib çıxarır. Bu effekt “reaktiv hipermiya” adlanır.

Niyə barmaqlar göyərir?

Burnun fərqli olaraq, barmaqlar qan dövranının mərkəzindən daha uzaqda yerləşir və soyumağa daha həssasdır. Şiddətli soyuqda barmaqlardakı qan damarları daralır ki, qan həyati orqanlara yönləndirilsin. Bu da toxumalara oksigen çatışmazlığına səbəb olur və dərinin göy rəng almasına gətirib çıxarır. Bu proses “sianoz” adlanır.

Fərqli toxumalar və funksiyaların təsiri

Burnun qan dövranı aktivdir, çünki o, nəfəs alınan havanı isitməkdə mühüm rol oynayır. Barmaqlarda isə kapilyar sayı az və dərialtı piy təbəqəsi nazikdir, buna görə soyuğa qarşı daha az qorunurlar.

Bu fərqliliklər qan dövranının iş xüsusiyyətləri və bədənin hipotermiyadan qorunması məqsədinə bağlıdır. Reaksiyalar toxumaların yerləşdiyi yer və funksiyasına görə müxtəlif şəkildə özünü göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

BMT: Qəzzanın mina və partlamamış sursatlardan təmizlənməsi 541 milyon dollara başa gələcək

Aynur Camal

AB vətəndaşlarından Ukraynaya 90 milyard avro

Aynur Camal

Mətbəxdə saxlamalı olduğunuz ən faydalı konserv məhsullar açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu