Image default
Baş xəbərSiyasət

İlham Əliyev və TDT liderləri Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak etdilər

Bugun.tv– xəbər verir ki, İllham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər Turkistan şəhərində Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçılarına layihə barədə ətraflı təqdim olunan məlumatda bildirilib ki, Türk Sivilizasiyası Mərkəzi türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunması, öyrənilməsi və təbliği məqsədilə yaradılır.

Eyni zamanda qeyd olunub ki, ən müasir standartlara uyğun inşa ediləcək mərkəzin əsas məqsədi türk sivilizasiyasının dünya tarixində mühüm yer tutduğunu, dərin fəlsəfi düşüncəyə və güclü dövlətçilik ənənələrinə malik olduğunu nümayiş etdirməkdir.

Mərasimdən sonra “GovTech” rəqəmsal həllərinin təqdimatı keçirilib.

Təqdimat zamanı Qazaxıstanda süni intellekt və rəqəmsal texnologiyalar sahəsində həyata keçirilən layihələr barədə məlumat verilib.

Həmçinin vurğulanıb ki, türk dövlətləri arasında rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazında gərginlik artır: ABŞ-ın yeni zərbələrindən sonra İranda partlayışlar baş verdi

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan beynəlxalq yükdaşımalarından gəlirlərini iki dəfə artıra bilər

Aynur Camal

Həkim xəbərdarlıq edir: Cəmi bir gecə yuxusuz qalmaq beyinə zərər verə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu