Warning: include_once(/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php): Failed to open stream: No such file or directory in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92

Warning: include_once(): Failed opening '/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php' for inclusion (include_path='.:/opt/alt/php83/usr/share/pear:/opt/alt/php83/usr/share/php:/usr/share/pear:/usr/share/php') in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92
Kanadanın “Eurovision”a qoşulması müzakirə olunur - BuGün TV
Mədəniyyət

Kanadanın “Eurovision”a qoşulması müzakirə olunur

“Eurovision” mahnı müsabiqəsinin direktoru Martin Qrin Kanadanın yarışmaya qoşulmaq istəyi olarsa, bunun müsbət qarşılanacağını açıqlayıb. O, BBC-yə verdiyi müsahibədə Kanadanın hələ rəsmi müraciət etmədiyini, lakin müraciət edəcəyi halda qapıların açıq olduğunu bildirib.

Martin Qrin qeyd edib ki, Kanadanın Baş naziri Mark Carney ölkəsinin Avropa ilə daha yaxın əlaqələr qurmasını istəyir. Onun sözlərinə görə, “Eurovision”un dəyərlərini paylaşan hər bir ölkə yarışmada iştirak edə bilər.

Müsabiqə əsasən Avropa ölkələri üçün nəzərdə tutulsa da, Avropa Yayım Birliyinin assosiativ üzvləri də müəyyən şərtlərlə iştirak edə bilir. Hazırda bu statusla yarışmaya qatılan yeganə ölkə Australiadır.

Kanadanın milli yayımçısı CBC bu il keçiriləcək “Eurovision” yarışmasına müşahidəçi heyəti göndərdiyini təsdiqləyib. Məlumata görə, Kanada hökuməti artıq 2025-ci il federal büdcəsində müsabiqəyə qoşulma imkanlarının araşdırılmasını da nəzərdə tutub.

Kanadanın maliyyə naziri François-Philippe Champagne bildirib ki, bu təşəbbüs ölkənin mədəniyyətini və incəsənət potensialını dünyaya tanıtmaq üçün mühüm platforma ola bilər.

Ekspertlər isə Kanadanın yarışmaya qoşulması üçün Avropa Yayım Birliyi ilə uzunmüddətli əməkdaşlıq və əsaslandırılmış layihə təqdim etməsinin vacibliyini vurğulayırlar.

Qeyd edək ki, Kanada rəsmi olaraq heç vaxt “Eurovision”da iştirak etməsə də, bir sıra kanadalı sənətçilər müxtəlif ölkələri təmsil edib. Ən məşhur nümunə isə Celine Dionun 1988-ci ildə İsveçrə adından qalib olmasıdır.

Mənbə: BBC News

Aynur Camal

Oxşar xəbərlər

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Azərbaycanda “Türk Dünyası Həftəsi”nə start verildi

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu