28 C
Baku
22 Sentyabr 2026, 13:32
Baş xəbər

İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub

Bugun.tv– xəbər verir ki, İlham Əliyev ilə Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Məlumata görə, söhbət zamanı tərəflər Azərbaycan ilə Ukrayna arasında münasibətlərin inkişafında müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd ediblər.

Telefon danışığında, həmçinin, daha əvvəl Qəbələdə keçirilmiş görüş zamanı müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezidentlər həmin görüşdə gündəmə gətirilən mövzuların ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli gündəliyin aktual istiqamətləri də diqqət mərkəzində olub.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu