dəniz quşları, Sable Shearwater, quşların köçü, Lord Hau adası, Solomon dənizi, GPS izləmə, okean çirklənməsi, plastik tullantılar
Dünya

İlk uçuşlarına başlayan dəniz quşları iki həftəyə 1000 kilometr məsafə qət ediblər

Avstraliyanın Lord Hau adasından ilk dəfə açıq okeana uçan cavan dəniz quşları alimləri təəccübləndirib. GPS cihazları ilə izlənilən quşların cəmi iki həftə ərzində orta hesabla 1000 kilometr məsafə qət etdiyi müəyyənləşdirilib.

Bugun.tv xəbər verir ki, “People” nəşrinin məlumatına görə, tədqiqatçılar 2022 və 2024-cü illərdə 30 cavan Sable Shearwater quşunun ilk köçünü izləyiblər. Bunun üçün quşların bədəninə günəş enerjisi ilə işləyən GPS izləyiciləri yerləşdirilib.

Maraqlıdır ki, bu quşlar yuvadan ayrılana qədər açıq okeanda uçmamış, öz qidalarını müstəqil əldə etməmişdilər. Buna baxmayaraq, izləmə nəticələri onların qısa müddətdə böyük məsafələr qət edə bildiklərini göstərib. Bir quşun cəmi bir gün ərzində təxminən 1200 kilometr uçduğu qeydə alınıb.

Cavan quşların ortaq dayanacaq məkanı müəyyən edilib

Müşahidələrə əsasən, quşlar üçüncü həftədə Sakit okeanın Solomon dənizi ərazisinə çatıb və bəziləri burada həftələrlə qalıb. Alimlər bu ərazinin qida ilə zəngin okean axınlarına görə cavan quşlar üçün mühüm məkan ola biləcəyini düşünürlər.

Tədqiqatçıların diqqət çəkdiyi digər məqam isə plastik çirklənməsidir. Araşdırmada iştirak edən quşların təxminən 70 faizinin orqanizmində plastik qalıqları aşkarlanıb. Bəzi quşların həzm sistemində bu tullantıların çəkisi 20 qrama yaxın olub.

Alimlər yeni nəticələrin dəniz quşlarının qorunması üçün mühüm ərazilərin müəyyənləşdirilməsinə kömək edəcəyini bildirirlər.

Mənbə: People

Aynur Camal

Oxşar xəbərlər

24 saat işləyən robotlardan ikisi sınaqdan keçə bilmədi

Aynur Camal

Təxminən 2 milyon fələstinli təcili sığınacaq yardımına ehtiyac duyur

Aynur Camal

Rusiya zərbələri Ukraynanın 7 bölgəsində elektrik enerjisinin kəsilməsinə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu