Baş xəbərMədəniyyət

“İncəsənət Universiteti savadlı kadr yetişdirmir” – Kinorejissordan sərt ittiham 

Kinorejissor Faiq Nağıyev Bugun.tv-yə tamaşaçıların yerli film və seriallara marağının azalmasından danışıb.

Onun sözlərinə görə, oyunçuların 90 faizində sünililik var. “Aktyor, aktrisa öz rollarını təbii oynaya bilmirlər. Bu da rejissorlar üçün arzuolunan deyil. Aktyor, aktrisa götürdüyü obrazı mükəmməl oynamağı bacarmalıdırlar. Təbiilik yaratmaq üçünsə səmimilik olmalıdır. Real həyatda necəyiksə, elə də oynamalıyıq”.

Faiq Nağıyev yeni çəkilən filimlərimizdə süniliyin səbəblərdən biri kimi  komanda işinin zəif olmasını da əsas göstərdi. “Ümumiyyətlə film, serial sahəsi elə bir sahədir ki, burada komanda işi olmalıdır. Bu bir nəfərin işi deyil. Montaj,  qrim, ssenari və s. Bunlar bir-birini tamamlamalıdırlar. Filmdə səs, montaj çox vacibdir”.

Kinorejissor onu da əlavə edib ki, filmin özəyi ssenaridir. “Ssenari o qədər güclü olmalıdır ki, tamaşaçı dayanmadan izləsin. Filmlərimizin baxılmama səbəblərindən biri də dramaturgiyanın zəif olmasıdır. Bəzən yersiz dialoqlar da olur. Tamaşaçı bundan narazılıq edir. Aktyor bir baxışı ilə hər şeyi deməlidir. Bəyin oğurlanmasına baxmışıq. Arif Quliyevin rəhmətlik cəmi bir epizodu var: ” Hara …Ora…! və yaxud “salam- sağ ol” balaca bir epizoddur. Ancaq yadda qalıb. Hamımız o hissəyə baxanda gülürük”, – kinorejissor əlavə etdi

Daha sonra kinorejissor Azərbaycan Dövlət İncəsənət Universitetinin savadlı kadr yetişdirə bilməməsindən də narazılıq edib. “Bu gün İncəsənət Universiteti  savadlı tələbələr yetişdirmir. Mən kastinq zamanı bunları görürəm. Gələnlər ən çox özəl kursların tələbələri olur. Seçimi onlardan etmək məcburiyyətində qalıram”,- F.Nağıyev əlavə edib.

Bugun.tv olaraq kinorejissorun İncəsənət Universitetinin savadlı kadr yetişdirməməsi ilə bağlı narazılığına aydınlıq gətirmək istədik. Qurumun mətbuat  xidmətinin rəhbəri Şahənə Mahmudzadə isə  bu barədə cavab  vermək istəmədiklərini bildirdi.

Kəmalə Sultan

Oxşar xəbərlər

İsveç Türkiyədən müdafiə sənayesi məhsulları idxalına icazə verdi

Aynur Camal

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edildi

Aynur Camal

Qasırğa səbəbindən ən azı 26 milyon insan təhlükə altındadır!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu