İndoneziya, Cakarta etirazları, korrupsiya, parlament, əmlak müsadirəsi, etiraz aksiyası, polis, dünya xəbərləri
Dünya

İndoneziyada minlərlə insan korrupsiyaya qarşı parlament qarşısında etiraz etdi

Bugun.tv xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada minlərlə insan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət əmlakının müsadirəsinə imkan verən qanunun qəbul edilməsi tələbi ilə parlament binasının qarşısına toplaşıb. Al Jazeera-nın AFP və Reuters-ə istinadən yaydığı məlumata görə, nümayişlər avqustun 27-də keçirilib və 2025-ci ildə baş vermiş kütləvi etirazların ildönümünə təsadüf edib.

Nümayişçilər 2008-ci ildən parlamentdə gözləyən və korrupsiya ilə əlaqəli aktivlərin dövlət tərəfindən müsadirə edilməsinə imkan verəcək qanunun qəbulunu tələb ediblər. Bəzi iştirakçılar korrupsiyaya görə məhkum olunan məmurlara daha sərt cəzalar verilməsini istəyiblər.

Etiraz zamanı polis parlament binasının girişlərini nəzarətdə saxlayıb. Axşam saatlarında bəzi nümayişçilərin polisə müxtəlif əşyalar atmasından sonra hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Polis postu və motosikletlərdən biri yandırılıb, bir neçə nəfərin xərəkdə aparıldığı bildirilib.

Cakartada təhlükəsizliyi təmin etmək üçün təxminən 18 500 polis əməkdaşı səfərbər edilib, 65 nəfər isə əvvəlcədən saxlanılıb.

Mənbə:  Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada təcili yardım əməkdaşları insanlardan ayaqqabılarına toxunmamağı xahiş edir

Aynur Camal

ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyaya qarşı yeni hərbi təlim keçirəcək

Aynur Camal

ABŞ Venesuelanın neft yataqlarında pay almağa hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu