25 C
Baku
27 İyul 2024, 4:01
Baş xəbər

İnternet serialları, yoxsa Televiziya?

Hər şeyin online olduğu bu dövrdə insanlar da vaxt keçirmək üçün məşğuliyyətlər axtarırlar.

Bu səbəbdən insanların əksəriyyəti gündə bir neçə saatı özünə ayırmaq və dünyadan uzaqlaşmaq üçün filmlər izləyir, oyunlarla vaxt keçirirlər. Bəs onlar daha çox necə seriallar, filmlər izləməyə üstünlük verir? Görünən odur ki, zamanla insanların diqqəti dağılıb və nəticədə ekrana olan diqqət azalıb. Bununsa səbəbi telefonda çox vaxt keçirmək qısa videolarlı anlıq əyləncələr yaşamaqdır. Elə məhz bu səbəbdən bir çox insan telefondan film izləməyə üstünlük verir. Əllərində olan telefonlarla zamanı söz yerinə düşərsə tam olaraq qabağa çəkirlər. İzləyib əyləndikləri filmləri istədikləri sürətdə hərəkət etdirə bilirlər.

Əsasən internetdən film izləmək elə həyatımıza pandemiya dövründə daxil olub. Evdə vaxt keçirərkən “Netflix” platformasında insanlar bir çox serial izləməyə başladılar. Artıq həyat sosial media evdə keçirilən əyləncəli anları paylaşmaq üçün bir yer olmağa başlayıb.

2020-ci ilin ikinci yarısından sonra bu platforma milyonlarla izləyici qazanmağa başladı. İzləyici artdıqca çəkilən yeni film sayıda bir o qədər çoxaldı. Artıq uşaqlar, qadınlar və hər yaş qrupundan olan insan üçün serial izləmək çox asan bir prosesə çevrilmişdi. Bəs televiziyalar niyə bu artışdan bəhrələnə bilmədi? Çünki televiziyalar artıq serial və film baxımından insanlara çox uzun gəlməyə başlamışdı. Araya girən reklamlar insanları sıxırdı. Buna görə də istədikləri kimi idarə edə biləcəkləri platformalara meyil edirdilər. Eyni zamanda pandemiya dövründə insanların evdən çıxmaması üçün oturub film izləməsi yaxşı nəticələr doğururdu. Yoluxma sayları azalırdı.

Vaxt məsələsi də var, hansı ki televiziyada insanlar hansı saatda hansı serialın getdiyini bilir və ona görə baxmağa başlayırlar. Lakin internet seriallarında insanlar gecə gündüz fərq etmədən istədikləri zaman serialı və ya filmi açıb izləyə bilirlər. Heç bir zaman və heç bir yer məhdudiyyəti olmadan bunu etmək mümkündür. Televiziyada izlənilən zaman bir məhdudiyyət daha var. Orda hərəkətlər, sözlər müəyyən qədər məhdudiyyətlə paylaşılır. Film çəkən insanlar bir çox qayda-qanuna əməl etmək məcburiyyətində qalırlar. Lakin online film və seriallarda bu belə deyil. Orda filmlər üçün heç bir məhdudiyyət yoxdur. Bütün bu deyilənləri göz önünə gətirərək insanların əsasən nəyi, nə üçün seçdiklərini anlamaq mümkündür.

Bugün TV

Oxşar xəbərlər

Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

“General-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladı

Kəmalə Sultan

Paytaxtda yanğın hadisəsi baş verdi – FOTOLAR + VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu