Səhiyyə

İntervallı aclıq immun sisteminin qocalmasına təsir edirmi?

İntervallı aclığın immun sisteminin qocalma prosesini ləngidib-ləngitmədiyi elmi dairələrdə müzakirə mövzusudur.

Honkonq Şəhər Universitetinin professoru, virusoloq Pyotr Lidski “Nauka Mail” portalına açıqlamasında bildirib ki, bu qidalanma rejiminin müsbət təsirləri olsa da, immun qocalmanı real şəkildə yavaşlatdığı hələ sübuta yetirilməyib.

Alimin sözlərinə görə, yaş artdıqca immun sistemi zəifləyir, infeksiyalara qarşı müdafiə azalır və eyni zamanda xroniki iltihab meyli güclənir. Bu proseslər müxtəlif xəstəliklərin riskini artırır. Elmi araşdırmalar göstərir ki, aclıq dövründə orqanizm yağların oksidləşməsinə keçir, autofagiya aktivləşir və iltihabla bağlı mexanizmlər tənzimlənir. Lakin bu təsirlərin uzunmüddətli olub-olmadığı aydın deyil.

Lidski qeyd edib ki, indiyədək aparılan tədqiqatlar əsasən qısamüddətlidir və insanın immun sisteminin həqiqətən daha yavaş qocaldığını göstərmək üçün uzun illər davam edən müşahidələrə ehtiyac var. O, həmçinin aşağı çəkili və sağlamlıq problemləri olan şəxslər üçün intervallı aclığın riskli ola biləcəyini vurğulayıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Pfizer-in yeni preparatı vitiliqo xəstələri üçün ümidverici nəticə göstərdi

Aynur Camal

45 yaşında ağıl dişi çıxması təhlükəlidirmi? – Stomatoloqlardan izah

Aynur Camal

Endokrinoloq açıqladı: Az yatmaq qarın nahiyəsində piyi artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu