iqlim dəyişikliyi, mərcangilə yetişdirilməsi, ABŞ fermerləri, qlobal istiləşmə, kənd təsərrüfatı, süni intellekt, davamlı bitki sortları, ekstremal hava şəraiti
Dünya

İqlim dəyişikliyi mərcangilə yetişdirilməsini çətinləşdirir- VİDEO

ABŞ-da mərcangilə yetişdirən fermerlər iqlim dəyişikliyi səbəbindən getdikcə daha çox problemlə üzləşirlər. Yayda güclü istilər giləmeyvələri zədələyir, qışda temperaturun tez-tez dəyişməsi isə bitkilərin şaxtadan qorunmasını çətinləşdirir.

Bugun.tv xəbər verir ki, ABŞ-da mərcangilə istehsalının böyük hissəsinin həyata keçirildiyi Viskonsin ştatında fermerlər hava şəraitini gün ərzində dəfələrlə yoxlamağa məcbur qalırlar. Massaçusets və Nyu-Cersi ştatlarında isə yay aylarında rekord istilər giləmeyvələrin kollar üzərində zədələnməsinə, yüksək rütubət və güclü yağışlar göbələk xəstəliklərinin yayılmasına səbəb olur.

Viskonsində qışın qoruyucu soyuq dövrünün dəyişməsi də ciddi çətinlik yaradır. Məlumatlara görə, bölgədə 1970-ci illə müqayisədə qışda orta hesabla 14 gün daha çox isti hava müşahidə olunur. Temperaturun gah yüksəlməsi, gah da kəskin enməsi bitkiləri şaxta zərbələrinə qarşı həssas edir.

Alimlər yeni həll yolları axtarırlar

Mərcangilə təsərrüfatlarını qorumaq üçün alimlər süni intellektdən istifadə edərək ekstremal hava şəraitinə və xəstəliklərə daha davamlı yeni bitki sortları yetişdirməyə çalışırlar. Fermerlər isə dronlar vasitəsilə gübrələrin daha dəqiq verilməsinə və əkin sahələrində temperaturun izlənməsinə başlayıblar.

Tədqiqatçılar hesab edirlər ki, iqlim şəraitinə uyğunlaşmaq gələcəkdə bu məhsulun istehsalının qorunması üçün əsas şərtlərdən biri olacaq.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

3 400 il əvvəl həyata keçirilən sirli ayinin izləri tapılıb

Aynur Camal

İranda dolların məzənnəsi tarixi həddə çatıb: 285,6 min tümənə yüksəldi

Aynur Camal

Humanitar yardım qutuları uşaqlar üçün məktəb partalarına çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu