Kiryakos Miçotakis, türk turistlər, Yunanıstan, Yunan adaları, Midilli, Türkiyə-Yunanıstan münasibətləri, turizm, Yunanıstan iqtisadiyyatı
Dünya

“İqtisadiyyatımız türk turistlər sayəsində inkişaf edir”

Bugun.tv xəbər verir ki, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyədən Yunanıstan adalarına səfər edən turistlərin yerli iqtisadiyyata mühüm töhfə verdiyini bildirib.

Miçotakis ölkəsinin xarici siyasəti, müdafiə məsələləri və Türkiyə ilə münasibətlər barədə danışarkən Yunanıstan adalarında turizmin roluna da toxunub. O, xüsusilə Midilli adasında son illərdə vəziyyətin dəyişdiyini qeyd edib.

Baş nazir bildirib ki, əvvəlki dövrlərlə müqayisədə adaya gələn miqrant və qaçqınların sayı əhəmiyyətli dərəcədə azalıb. Onun sözlərinə görə, hazırda adada yerli iqtisadiyyata dəstək verən və Yunanıstanın məmnuniyyətlə qəbul etdiyi çoxsaylı türk turistlər var.

Miçotakis həmçinin Türkiyə ilə münasibətlərə toxunaraq müdafiə siyasəti məsələsində Afinanın öz qərarlarını müstəqil şəkildə qəbul etdiyini vurğulayıb. O bildirib ki, Yunanıstan heç bir ölkə üçün təhlükə yaratmayan sülhsevər dövlətdir, lakin müdafiə imkanlarının necə gücləndiriləcəyi ilə bağlı kənardan göstəriş qəbul etməyəcək.

Türkiyədən Yunanıstan adalarına turist axınının artması son illərdə iki ölkə arasında turizm əlaqələrinin mühüm istiqamətlərindən birinə çevrilib.

Mənbə: En Son Haber

Aynur Camal

Oxşar xəbərlər

Yamayka Kral III Çarlza köləliyə görə təzminatla bağlı müraciət edəcək

Aynur Camal

İndoneziyanı kül bürüdü: Anak-Krakatau vulkanı püskürdü

Aynur Camal

Bir iynə ilə “pis” xolesterini iki dəfədən çox azaltmağın yolu tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu