26 C
Baku
17 Sentyabr 2026, 18:05
Digər

İran ABŞ-a yeni təklif göndərdi – vasitəçi Pakistan

İran və ABŞ arasında davam edən gərginlik fonunda diplomatik proseslər yenidən aktivləşib. Al Jazeera-nın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, İran müharibəni sona çatdırmaq məqsədilə yeni təklifini Pakistan vasitəçiliyi ilə ABŞ-a göndərib.

İran dövlət mediası da bu məlumatı təsdiqləyərək bildirib ki, rəsmi Tehran son təklifini İslamabad üzərindən Vaşinqtona çatdırıb. Lakin təklifin detalları açıqlanmayıb.

Xatırladaq ki, tərəflər arasında daha əvvəl İslamabad şəhərində keçirilən danışıqlar nəticəsiz başa çatmışdı. Təxminən 21 saat davam edən görüşlərdə daimi atəşkəs məsələsində razılıq əldə olunmamışdı.

Məlumata görə, İran bundan əvvəlki təklifində müharibənin tam dayandırılması və Hörmüz boğazının açılması məsələsini müzakirəyə hazır olduğunu bildirmiş, lakin nüvə proqramı ilə bağlı məsələlərin atəşkəsdən sonra müzakirə edilməsini təklif etmişdi. Donald Trump isə bu təklifi qəbul etməmişdi.

ABŞ mediasının yazdığına görə, vasitəçilər İranın daha “qəbul edilə bilən” yeni təkliflə çıxış edəcəyini gözləyirdi. Hazırda danışıqların gələcək taleyi məhz bu yeni təklifin Vaşinqton tərəfindən necə qarşılanacağından asılıdır.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlardan sonra regionda gərginlik artmış, 8 aprel tarixində müvəqqəti atəşkəs əldə olunsa da, sonrakı danışıqlar nəticəsiz qalmışdı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu