Bugun.tv xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlardan sonra ilk xarici səfərini Pakistana edib.
Məlumata görə, səfər çərçivəsində Pezeşkian Pakistanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Bildirilir ki, səfər ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqlardan və tərəflər arasında əldə olunduğu deyilən ilkin razılaşmalardan sonraya təsadüf edir. Analitiklər hesab edirlər ki, İran liderinin Pakistana səfəri Tehranın region ölkələri ilə əlaqələrini möhkəmləndirmək və yeni diplomatik mərhələyə hazırlaşmaq niyyətindən xəbər verir.
Qeyd edək ki, Pakistan və İran uzun sərhədi bölüşür və iki ölkə arasında enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən hesab olunur.
Mənbə: Al Jazeera
