Image default
DünyaSiyasət

İran prezidenti: “Ölkə tammiqyaslı müharibə şəraitindədir”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın son hava zərbələrinin genişlənməsindən sonra ölkəsinin “tammiqyaslı müharibə” vəziyyətində olduğunu bəyan edib. Bu barədə Bugun.tv The Guardian nəşrinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ İranın müxtəlif bölgələrində yerləşən hərbi komanda məntəqələrini, hava hücumundan müdafiə sistemlərini, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini, eləcə də rabitə və logistika obyektlərini hədəfə alıb. İran mediası Təbriz yaxınlığındakı hərbi obyektlər və Buşehr ətrafında da zərbələrin endirildiyini bildirib.

Pezeşkian bildirib ki, ölkə mövcud vəziyyətin bütün nəticələrinə hazır olmalıdır. Bununla yanaşı, o vurğulayıb ki, iqtisadi sabitliyin və əhalinin rifahının qorunması hazırkı mərhələdə əsas prioritetlərdən biridir.

Qarşıdurmanın fonunda İranın Bəhreyn və Küveytdəki hədəflərə, eləcə də Hörmüz boğazında bəzi tankerlərə zərbələr endirdiyi bildirilir. ABŞ və İran arasında hərbi gərginlik artsa da, vasitəçilərin iştirakı ilə diplomatik təmasların davam etdiyi və mümkün atəşkəs variantlarının müzakirə olunduğu qeyd edilir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Əraqçi: Türkiyə İranın parçalanmasının qarşısının alınmasında mühüm rol oynadı

Aynur Camal

700 illik kilsədə qızıl sikkələr tapıldı: Anonim məktub hər kəsi kövrəltdi

Aynur Camal

Bəhreyndə yenidən hava həyəcanı elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu