Image default
Dünya

Dietoloq: Qaragilə qocalma prosesini ləngitməyə kömək edə bilər

Qaragilənin tərkibindəki antioksidantlar orqanizmdə qocalma prosesini ləngitməyə və iltihab səviyyəsini azaltmağa kömək edə bilər. Bu barədə endokrinoloq və dietoloq Anton Polyakov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, qaragilə hüceyrələri sərbəst radikalların təsirindən qoruyan antosianlarla zəngindir. Bu maddələr orqanizmdə oksidləşdirici stressi azaldır, iltihab fonunu zəiflədir və yaşlanma prosesinin daha yavaş getməsinə dəstək olur.

Anton Polyakov bildirib ki, qaragilənin tərkibində az miqdarda K vitamini də mövcuddur. Bu vitamin qanın laxtalanmasında və sümük toxumasının möhkəmlənməsində mühüm rol oynayır.

Dietoloq əlavə edib ki, antosianlar damarların elastikliyini və möhkəmliyini artıraraq ürək-damar sisteminin qorunmasına kömək edir. Onun sözlərinə görə, qaragilə ümumi xolesterin səviyyəsinin azalmasına da müsbət təsir göstərə bilər.

Mütəxəssis qeyd edib ki, giləmeyvənin tərkibində olan lütein göz sağlamlığını dəstəkləyir, torlu qişanın yaşla bağlı dəyişikliklərinin qarşısının alınmasına kömək edir və görmə qabiliyyətini qoruyur. Bundan başqa, qaragilədə A vitamini də var ki, bu da xüsusilə zəif işıq şəraitində görməyə müsbət təsir göstərir.

Anton Polyakovun sözlərinə görə, qaragilədəki antioksidantlar immun sisteminin normal fəaliyyətini dəstəkləyir və orqanizmdə C vitamininin mənimsənilməsinə kömək edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Bəhreyndə yenidən hava həyəcanı elan edildi

Aynur Camal

Marsda həyat izləri 50 il əvvəl gözdən qaçırılmış ola bilər

Aynur Camal

Böyük Britaniyanın yeni baş naziri: “40 ilin ən böyük dəyişikliklərini həyata keçirəcəyik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu