Digər

İran qüvvələri Oman dənizində konteyner gəmisinə atəş açdı

İran qüvvələrinin Oman dənizində bir konteyner gəmisinə atəş açdığı bildirilib.

Məlumata görə, hadisə gəminin edilən xəbərdarlıqlara məhəl qoymaması səbəbilə baş verib. Bu barədə Tesnim Xəbər Agentliyi məlumat yayıb.

Hadisə Böyük Britaniya Dəniz Ticarət Təşkilatı tərəfindən də təsdiqlənib. Qurumun açıqlamasında qeyd olunub ki, insident zamanı gəmi heyəti xəsarət almayıb.

Bununla belə, açılan atəş nəticəsində konteyner gəmisinə ciddi ziyan dəydiyi bildirilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu