22 C
Baku
26 Sentyabr 2026, 22:15
DünyaSiyasət

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Bugun.tv xəbər verir ki, İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ-ni İran hakimiyyətinə qarşı daha sərt və qətiyyətli addımlar atmağa çağırıb. O bildirib ki, Vaşinqton Tehranla bağlı ziddiyyətli mesajlar verməyi dayandırmalı və rejimin devrilməsi istiqamətində fəaliyyətini davam etdirməlidir.

Politico nəşrinin məlumatına görə, Rza Pəhləvi hesab edir ki, ABŞ və İsrail İrandakı strateji obyektlərə təzyiqi davam etdirməlidir. Onun fikrincə, yalnız bu halda İran xalqı küçələrə çıxmaq və hakimiyyətə qarşı etiraz etmək üçün özündə güc hiss edə bilər.

Pəhləvi diplomatiyanın əleyhinə olmadığını desə də, Donald Trumpın zaman-zaman İranın mülki infrastrukturuna zərbə endirilməsi və ya İran sivilizasiyasının məhv ediləcəyi ilə bağlı açıqlamalarını faydasız adlandırıb. O bildirib ki, bu cür ritorika İran cəmiyyətinə qarışıq siqnallar göndərir.

Şahın oğlu vurğulayıb ki, əsas məqsəd İran xalqına dəstək vermək və ölkədə siyasi dəyişiklik üçün şərait yaratmaq olmalıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Alimlər iki yeni qəribə dəniz hörümçəyi növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu