Dünya

İranda ABŞ-la nüvə danışıqlarının başlanması üçün göstəriş verildi

İran ABŞ

Bugun.Tv xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian nüvə məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatları ilə danışıqların bərpa olunması barədə göstəriş verib. Yerli media Tahran və Vaşinqton arasında diplomatik prosesin yaxın günlərdə sürətlənəcəyini bildirir.

Tehranda yerləşən SNN xəbər agentliyinin məlumatına görə, Pezeşkian ABŞ-la nüvə mövzusunda müzakirələrin yenidən başlanması barədə rəsmi tapşırıq verib. Tasnim agentliyinə danışan mənbələr isə danışıqların İranın xarici işlər naziri Abbas Arakçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində aparılacağını qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, mümkün danışıqların strukturu sanksiyaların ləğvi və milli maraqların təmin olunması prizmasından diqqətlə qiymətləndirilir. Onun sözlərinə görə, Tahran diplomatik prosesdə ehtiyatlı və vaxt amilini nəzərə alan mövqe sərgiləyir.

Axios-un yaydığı məlumata əsasən, Donald Tramp administrasiyası yaxın vaxtlarda danışıqlara başlamağa açıqdır. Bu addım 2025-ci ilin iyununda İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra tərəflər arasında ilk ciddi diplomatik təşəbbüs kimi qiymətləndirilir.

Xatırladaq ki, İran və ABŞ 2025-ci ildə baş verən qarşıdurmalardan əvvəl Oman vasitəsilə beş raund dolayı danışıqlar aparmışdı. Maskatda keçirilməsi planlaşdırılan altıncı görüş isə bölgədəki gərginlik səbəbindən ləğv olunmuşdu.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Yapon professorun 6 məşqi gündə 10 min addımı əvəz edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu