DünyaSiyasət

Tramp Ermənistan seçkilərində Paşinyanı dəstəklədiyini açıqladı

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump qarşıdan gələn parlament seçkiləri öncəsi Ermənistanın baş naziri Nikol Paşinyana dəstəyini ifadə edib.

TASS agentliyinin yaydığı məlumata görə, Tramp Paşinyanı “ölkəsini güclü, varlı və təhlükəsiz edən böyük dost və lider” adlandırıb. ABŞ prezidenti “Truth Social” platformasında paylaşdığı açıqlamada Paşinyanın Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionu üçün sülh və rifah baxışlarını bölüşdüyünü qeyd edib.

Tramp həmçinin ABŞ dövlət katibi Marco Rubionun Ermənistana son səfərini xatırladaraq, tərəflər arasında mühüm razılaşmaların imzalandığını bildirib. Onun sözlərinə görə, yaxın zamanda “Cənubi Qafqazı dəyişdirəcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin təməli qoyulacaq.

ABŞ lideri qeyd edib ki, bu layihə Amerika enerji şirkətlərinin regionun resurslarına çıxışını genişləndirəcək. Tramp sonda Paşinyanın 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkilərində yenidən qalib gəlməsini tam dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Ermənistanda keçiriləcək parlament seçkilərində 19 siyasi qüvvə iştirak edəcək.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Həkim səhər yeməyi, nahar və axşam yeməyi üçün ən uyğun saatları açıqladı

Aynur Camal

“Kollecə hücumun arxasında Qərb xüsusi xidmət orqanları dayanır”

Aynur Camal

ÜST: Konqonun şərqində münaqişə Ebola böhranını dərinləşdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu