11 C
Baku
21 Aprel 2026, 15:59
Baş xəbərSiyasət

İranın Azərbaycana qarşı addımları qəbuledilməzdir – Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov İranın Azərbaycana qarşı siyasəti ilə bağlı sosial media hesabında paylaşım edib.

Bugun.tv xəbər verir ki, deputat paylaşımında İranın son dövrlərdə Azərbaycana qarşı davranışlarını tənqid edib. Onun sözlərinə görə, rəsmi Bakı hər zaman mehriban qonşuluq siyasətinə üstünlük versə də, İran tərəfinin addımlarında bunun əksi müşahidə olunur.

Vüqar Bayramov bildirib ki, dərs vaxtı orta məktəbi hədəfə almağa cəhd edilməsi İranın terrorçu siyasətini davam etdirdiyini göstərir. Deputat qeyd edib ki, bu cür addımlar regionda sabitliyə ciddi təhlükə yaradır.

Millət vəkili paylaşımında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlərə də istinad edib. Prezidentin sözlərinə görə, “Dəmir yumruq” siyasəti qüvvədədir və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan hər bir qüvvəyə qarşı qətiyyətli mövqe sərgilənəcək.

Deputat vurğulayıb ki, baş verən hadisə İranın əsl simasını bir daha ortaya qoyur və rəsmi Tehranın siyasətinin mahiyyətini açıq şəkildə göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: Körfəz ölkələrinin iştirakı İranın cavab zərbələrini şərtləndirir

Aynur Camal

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Aynur Camal

Siyasi ekspert: İran-İsrail gərginliyi və SEPAH generallarının taleyi danışıqlara təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu