4 C
Baku
6 Dekabr 2022, 14:11
Baş xəbər

“İranın zərbə PUA-larının erməni tərəfinin əlində olması mümkün deyil”-Cavanşir Feyziyev

Bu gün NATO silahına qarşı Rusiya İranın zərbə dronlarından istifadə edir və Ukrayna tərəfi də etiraf edir ki, bu dronlar onlara çox zərbə vurur. Sabah İranın zərbə PUA-larının erməni tərəfinin əlində olması mümkündürmü? Rəsmi Tehran sizcə belə bir riskə gedərmi? – son zamanlar Azərbaycan ictimaiyyətinin müzakirə elədiyi mövzulardan biri də budur.

Millət vəkili Cavanşir Feyziyen Bugun.tv-yə açıqlamasında deyib ki, Ermənistan İran üçün Rusiya qədər əhəmiyyətli tərəfdaş deyil və heç vaxt da ola bilməz. “İranla Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını və iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində hər iki dövlətin maraqlı olması İranın Ermənistanı ölkəmizə qarşı silahlandırmaq ehtimalını dəfələrlə azaldır. Və nəhayət, İranın beynəlxalq siyasi arenada indiki vəziyyəti İran hökümətindən kifayət qədər ağıllı və praqmatik siyasət yürüdülməsini tələb edir. Düşünürəm ki, çoxəsrlik siyasi dövlətçilik təcrübəsinə malik olan İran dövləti üçün belə bir addımın zərərlərini və ya faydasını hesablamaq heç də çətin olmayacaq”.

Parlamentari deyib ki, Ukraynada İran dronlarının Rusiya tərəfindən geniş istifadə edilməsi strateji xarakter daşıyan İran-Rusiya münasibətlərindən irəli gələn reallıqdır. Onun sözlərinə görə, İranla Ermənistan arasında da eyni dərəcədə strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin mövcud olması və bütün hallarda qorunub saxlanması real görünmür.

Oxşar xəbərlər

“Azərbaycan hər zaman Türkiyənin yanındadır”!-VİDEO

Aynur Camal

III Çarlz rəsmi şəkildə Britaniya Kralı elan olunub

Aynur Camal

“Silahın mistik gözəlliyi”-FOTO

Aynur Camal