Siyasət

İranlı diplomat: “İran və Belçika arasında məhbusların mübadiləsi uğursuz oldu”

“İran və Belçika arasında məhbusların mübadiləsinə dair razılaşma qarşı tərəfin mövqeyinə görə uğursuz olub”.

Bugun.tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani  mətbuat konfransında bildirib.

“Belçikada saxlanılan iranlı diplomata gəlincə, biz dəfələrlə bəyan etmişik ki, həbs, istintaq, mühakimə və hökm qanunsuz olub. Bu, Vyana Konvensiyasının Diplomatik Münasibətlər haqqında qanununin kobud şəkildə pozulmasıdır. Biz diplomatın işində irəliləyişə ümid edirik”, – Kanani qeyd edib.

Xatırladaq ki, Brüsseldə akkreditə olunmuş diplomat Əssadollah Əssadi Belçika məhkəməsi tərəfindən 2021-ci ilin fevralında Fransa ərazisində terror aktı hazırlamaqda ittiham edilərək 20 il həbs cəzasına məhkum edilib. İranlı diplomatın və onun üç şərikinin ABŞ-ın dəstəklədiyi əksinqilabi müxalifət qrupu, İran Xalq Mücahidləri Təşkilatı  tərəfindən Parisd keçirilən nümayiş  bomba partlatmaq niyyətində olduğu iddia edilib. Əsədi isə günahsız olduğunu bildirərək, məhkəmədə iştirak etməkdən imtina etdi.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: CNN-in Azərbaycanla bağlı materiallarının arxasında Netanyahu hökuməti dayanır

Aynur Camal

Azərbaycan CNN-in İranla bağlı iddialarını rədd etdi

Aynur Camal

Reuters: Trampın yeni tarif planı mübahisələrə səbəb olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu