Baş xəbərKriminal

İsmayıllı rayon sakinindən 3 kq narkotik vasitə götürüldü 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriliblər. Keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, İsmayıllı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Şafiq Talıbov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbada 3 kiloqramdan artıq narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Talıbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Səhərlər daha təravətli görünməyin sadə yolları açıqlandı

Aynur Camal

“Aİ ilə Rusiya arasında danışıqlar münaqişənin həllinə yeni imkanlar aça bilər”

Aynur Camal

Aytac Hüseyinovadan yeni layihələr: “Bir Ümid” serialı və “Ev 47” filmi hazırlanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu