25 C
Baku
27 İyul 2024, 3:54
Baş xəbərDünya

İspan kəşfiyyatının iki əməkdaşı casusluqda ittiham olunur

Bugun.tv xəbər verir ki, İspaniyanın müdafiə naziri Marqarita Robles İspaniya Milli Kəşfiyyat Mərkəzinin (CNI) iki əməkdaşının gizli sənədləri qaçaqmalçılıq yolu ilə ABŞ-a aparması ilə bağlı iddiaları təsdiqləyib. Latviyadakı NATO bazasını ziyarət edən Robles açıqlamasında İspaniya mətbuatında CNI-nin iki əməkdaşına qarşı hüquqi araşdırma açıldığına dair iddiaların doğru olduğunu bildirib.

TRT Haber-in məlumatına görə, iki kəşfiyyatçıya qarşı ittihamların CNI tərəfindən edildiyini və hadisənin məhkəmə orqanlarında olduğunu bildirən Robles hansı məlumatların qaçırıldığı ilə bağlı heç bir açıqlama verməyib. Ədliyyə naziri Feliks Bolanos da Madriddəki məhkəmədə aparılan istintaqda “İspan hökumətinin bütün iddiaların aydınlaşdırılması üçün tam əməkdaşlıq edəcəyini” bildirib. İspaniya mətbuatı ABŞ-a məxfi sənəd və məlumatları qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham olunan iki CNI əməkdaşından birinin müvəqqəti həbs qərarı ilə həbsxanaya göndərildiyini, digərinin isə şərti olaraq azadlığa buraxıldığını bildirib.

“El Confidencial” qəzeti hadisənin ABŞ-da böhrana səbəb olduğunu və qaçaqmalçı məlumatların “tam məxfi” olduğunu iddia edib.

Teymur Əziz

Oxşar xəbərlər

Amerika peyki Kiyev bölgəsinə düşdü

Aynur Camal

Uşaqlara qarşı cinsi cinayətlərin cəzası kastrasiya olacaq!

Aynur Camal

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu