25 C
Baku
27 İyul 2024, 4:38
Dünya

İspaniya İsrailə qarşı açılan soyqırım işinə müdaxilə edəcək

İspaniya İsrailin Qəzzada soyqırımda ittiham olunduğu Beynəlxalq Ədalət Məhkəməsindəki işə müdaxilə edəcəyini açıqlayıb.

İsrailin Qəzzaya hücumlarına qarşı İspaniya da hərəkətə keçib.

Xarici işlər naziri Albares İspaniyanın Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı soyqırım iddiasına qoşulacağını bildirib.

Beləliklə, Türkiyə, Çili və Meksikanın da müdaxilə tələb etdiyi işə İspaniya müdaxilə edən ilk Avropa ölkəsi oldu.

Cənubi Afrika Respublikası 29 dekabr 2023-cü ildə BMT-nin Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyasını pozduğu səbəbilə İsrailə qarşı Beynəlxalq Ədliyyə Məhkəməsində iddia qaldırıb.

İspaniyanın baş naziri Pedro Sançes Fələstin dövlətinin tanınması ilə bağlı bu səhər verdiyi açıqlamada İspaniyanın “Ukraynada olduğu kimi Fələstində də beynəlxalq insan hüquqlarına hörmət və beynəlxalq hüquqa riayət edilməsini” müdafiə etdiyini bildirib.

Fələstin dövlətinin tanınması təkcə Fələstin xalqının haqlı tələbi olan tarixi ədalətin yerinə yetirilməsi deyil, həm də hamımızın istədiyi sülhə nail olmaq üçün atılmış addımdır”. Sançes, “Bu yolla İspaniya Fələstini dünyada tanıyan 140-dan çox ölkəyə əlavə olunacaq. Fələstinin tanınması tarixi bir qərardır və yeganə məqsədi İsrail ilə Fələstin arasında sülhün bərqərar olmasına töhfə verməkdir” deyib.

Fələstin dövlətinin tanınmasının “mümkün” olması lazım olduğunu vurğulayan Sançez, “Qəzza və İordan çayının qərb sahili eyni Fələstin idarəsi altında birləşdirilməli, aralarında dəhliz olmalı və Şərqi Qüds paytaxt olmalıdır” deyə O, açıqlama verib.

Mənbə: Haber Global

Teymur Əziz

Oxşar xəbərlər

Argentinada hökumət əleyhinə etirazlarda 60 nəfər xəsarət aldı

Bugün TV

Məktəb avtobusu aşdı: 2 nəfər öldü

Bugün TV

Kaliforniyada Azərbaycan bayrağı ucaldılıb   

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu