17.3 C
Baku
20 May 2025, 1:45
Baş xəbərDünya

İspaniyanın Ukraynaya mesajı: Biz bunu heç vaxt qəbul etməyəcəyik

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares, Ukrayna ilə bağlı qərarlarda Avropanın səsinin hər zaman eşidildiyini ifadə edərək, “Ukraynanın tam suverenliyini təmin etməyən bir planı əsla qəbul etməyəcəyik” deyib.

Avropa İttifaqı (Aİ) ölkələrinin Fransa, İspaniya, İtaliya, Polşa, Almaniya, Böyük Britaniya və Ukraynanın xarici işlər nazirləri təhlükəsizlik gündəmi ilə Madriddə toplaşıb. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, görüşdə aşağıdakı mövzular müzakirə olunacaq: “Avropanın təhlükəsizliyi və dəyərlərinin qorunması, suveren və demokratik ölkə kimi Ukraynaya sülhün qaytarılmasının koordinasiyası, Ukraynada ədalətli və davamlı atəşkəs üçün Avropanın səsinin ucaldılması”.

Ukraynaya sülhün gec-tez gəlməsi lazım olduğunu vurğulayan Albares, “Ukrayna ilə bağlı qərarlarda Avropanın səsi hər zaman eşidilir. Biz Ukraynanın tam suverenliyini təmin etməyən planı heç vaxt qəbul etməyəcəyik. AB ölkələri olaraq müharibə başlayandan bəri Ukraynaya bütün imkanlarımızla kömək edirik” deyib.

Madriddə keçirilən görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius da iştirak edib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Yol çökərək 2 metrlik çuxur yaratdı

Sevinc Sadıqova

Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

Aynur Camal

Qəhvə hazırlamağın ən yaxşı alternativ yolu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu