25 C
Baku
21 İyul 2024, 5:51
Dünya

İsrail generalları: Qəzzada atəşkəs istəyirik

ABŞ mətbuatına danışan İsrail təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, yüksək rütbəli hərbçilər Hizbullahla müharibəyə gedəcəyi təqdirdə Qəzzada atəşkəs əldə olunmasını istəyirlər.

İsrailin 7 oktyabrdan bəri minlərlə insanın ölümünə səbəb olan Qəzza zolağına hücumları davam edir. Dünya ictimai rəyinin atəşkəs çağırışlarının Qəzzanı dağıdan İsrail tərəfinə heç bir təsiri olmasa da, daxili siyasətdə tarazlıq dəyişir.

Bu kontekstdə İsraildə Nazirlər Kabineti ilə ordu arasında fikir ayrılıqları yaranıb…

The New York Times qəzetinin xəbərinə görə; İsrailin yüksək vəzifəli generalları Qəzzada atəşkəs istəyirlər.

Generalları bu fikrə sövq edən ən mühüm amil Livanla müharibə oldu…

İsrail hərbi rəsmiləri, Livanda Hizbullaha qarşı daha böyük müharibəyə səbəb olacağı təqdirdə Qəzzada Həmas ilə atəşkəs əldə edilməli olduğunu düşünür. Dünya ictimai rəyinin atəşkəs çağırışlarının Qəzzanı dağıdan İsrail tərəfinə heç bir təsiri olmasa da, daxili siyasətdə tarazlıq dəyişir.

Bu kontekstdə İsraildə Nazirlər Kabineti ilə ordu arasında fikir ayrılıqları yaranıb…

The New York Times qəzetinin xəbərinə görə; İsrailin yüksək vəzifəli generalları Qəzzada atəşkəs istəyirlər.

Generalları bu fikrə sövq edən ən mühüm amil Livanla müharibə oldu…

İsrail hərbi rəsmiləri, Livanda Hizbullaha qarşı daha böyük müharibəyə səbəb olacağı təqdirdə Qəzzada HƏMAS ilə atəşkəs əldə edilməli olduğunu düşünür.

Atəşkəsin Qəzzada girov saxlanılan israillilərin azad edilməsinin ən sürətli yolu olacağı bildirilib.

Xəbərdə həmçinin Qəzzəyə edilən hücumların əsas məqsədinin HƏMAS-ı məhv etmək olduğu və İsrailin baş naziri Binyamin Netanyahu ilə ordu arasında uçuruma daha da genişləndiyi şərh edilib.

Qəzetə danışan mənbənin sözlərinə görə; Atəşkəs həmçinin təxminən 120 israilli girovu azad etməyin ən yaxşı yoludur.

Xəbərə görə, İsrailin son illərdə apardığı ən uzun müharibədə daha çox döyüş aparacaq ləvazimatdan məhrum olduğu, generalların da Hizbullaha qarşı müharibə olacağı təqdirdə ordunun toparlanması üçün zamana ehtiyacı olduğu qənaətində olduğu bildirilib.

Rəsmilər hesab edir ki, HƏMAS ilə atəşkəs Hizbullah ilə də anlaşmanı asanlaşdıracaq.

Keçən ilə qədər İsrailin milli təhlükəsizlik müşaviri olmuş Eyal Hulata qəzetə verdiyi açıqlamada “Ordu girov razılaşmasını və atəşkəsi tam dəstəkləyir” deyib.

Özünün ictimai bəyanatlarında Netanyahu Qəzzanı işğal etməkdən və ya nəzarəti alternativ Fələstin liderlərinə verməkdən çəkinir, ordu isə yavaş-yavaş enerji və sursatlarının tükənəcəyi “əbədi müharibədən” qorxur.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Ukraynanı “Patriot” raketlərinin mərmiləri ilə təmin edə bilməyəcək

İntizar Əmirova

Ukrayna ordusunun döyüşçüsü mühakimə olunacaq

Teymur Əziz

Microsoft Rusiyada öz xidmətini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu