Baş xəbərSiyasət

“İsrail və İran daxilindəki qüvvələr ABŞ-İran razılaşmasına qarşı çıxır”

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə İsrail və İran arasında artan gərginliyin ABŞ ilə İran arasında nəzərdə tutulan mümkün razılaşmaya təsir göstərə biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu və yəhudi lobbiləri Vaşinqtonla Tehran arasında razılaşmanın imzalanmaması üçün fəal şəkildə çalışırlar. O qeyd edib ki, İsrailin Livana qarşı son hərbi əməliyyatları da məhz bu razılaşmanın baş tutmamasına hesablanmış addımlardan biri kimi qiymətləndirilə bilər.

Məhəmməd Əsədullazadə bildirib ki, Hizbullahın da mümkün razılaşmaya müsbət yanaşmadığı müşahidə olunur. Onun fikrincə, təşkilatın atəşkəs rejiminə tam əməl etməməsi regionda vəziyyətin gərgin qalmasına səbəb olur.

Siyasi ekspert hesab edir ki, İranın daxilində, xüsusilə SEPAH-la əlaqəli qüvvələr və İsraildəki müəyyən siyasi dairələr ABŞ-İran yaxınlaşmasının əleyhinə çıxış edirlər. Onun sözlərinə görə, hər iki ölkədə razılaşmanın reallaşmasını istəməyən qüvvələr aktiv fəaliyyət göstərirlər.

Əsədullazadə vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla sazişə nail olmağa çalışır. Ekspertin fikrincə, belə bir razılaşmanın əldə olunması regional geosiyasi balansda ciddi dəyişikliklərə səbəb ola bilər.

O qeyd edib ki, ABŞ və İran arasında mümkün saziş imzalanacağı təqdirdə, bundan ən çox narahat olan tərəflərdən biri İsrail olacaq. Məhəmməd Əsədullazadənin sözlərinə görə, belə bir ssenari Baş nazir Benyamin Netanyahu üçün siyasi baxımdan yeni və mürəkkəb mərhələnin başlanğıcı ola bilər.

Aynur Camal

Oxşar xəbərlər

İsrail ABŞ-İran razılaşmasını tənqid edib

Aynur Camal

Ceyhun Məmmədov Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Aynur Camal

Cenevrədə G7 əleyhinə etirazlar polis müdaxiləsi ilə başa çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu