DünyaSiyasət

İsraildə radikal dairələr ABŞ-ın İranla diplomatik təmaslarından narahatdır

ABŞ ilə İran arasında davam edən diplomatik proses İsraildə bəzi radikal dairələrin narazılığına səbəb olub. İsrail mediasında yayılan məlumatlara görə, bəzi israilli rəsmilər ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İranla bağlı hərbi addımların atılması barədə çağırış ediblər.

Axios nəşrinə danışan israilli mənbələr ABŞ Prezidenti Donald Trumpın həftəsonu İranla bağlı yeni qərarlar verə biləcəyini iddia edib. Bildirilir ki, İsrail ordusu mümkün ssenarilərlə bağlı hazırlıq vəziyyətindədir.

İsrail dövlət televiziyası KAN-ın yaydığı məlumatda isə qeyd olunur ki, israilli yüksək rütbəli hərbi rəsmilər ötən həftə CENTCOM nümayəndələri ilə görüşərək İranın enerji və yanacaq obyektlərinə mümkün hücum variantlarını müzakirə ediblər. Məqsədin İranı nüvə proqramı ilə bağlı danışıqlarda geri addım atmağa məcbur etmək olduğu bildirilir.

İsrail tərəfi mümkün hücum çağırışlarını İranın cavab tədbirləri hazırladığı iddiaları ilə əsaslandırmağa çalışır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trumpın Çin səfərindən sonra İran məsələsi ilə bağlı yeni qərar verə biləcəyi vurğulanır.

Digər tərəfdən, İsrailin “Haaretz” nəşrinə danışan bəzi rəsmilər ölkədə hazırda fövqəladə alarm vəziyyətinin olmadığını bildiriblər. Buna baxmayaraq, onlar yaxın günlərdə bölgədə gərginliyin yenidən arta biləcəyini istisna etməyiblər.

İsrailin müdafiə naziri Yisrael Katz da son açıqlamasında “İranla bağlı missiyanın hələ başa çatmadığını” bildirib və gələcək addımlara hazır olduqlarını qeyd edib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Suriyada İŞİD-i yenidən fəallaşdırdığı iddia olunur — Məhəmməd Əsədullazadədən diqqətçəkən şərh

Aynur Camal

ABŞ-Çin nümayəndə heyətinin fotosu tənqid edildi: “Qadınların səsi yoxdur”

Aynur Camal

Trumpın Çin səfəri: Münasibətlərdə yeni başlanğıc, yoxsa zərərin azaldılması?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu