25 C
Baku
27 İyul 2024, 3:47
Dünya

İsraildən səfirliklərə xəbərdarlıq: Həbslərə hazır olun

İsrail Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəsmilərinin həbsinə order verəcəyi təqdirdə bütün dünyadakı səfirliklərinə “Hazır olun” xəbərdarlığı göndərib.

Oktyabrın 7-dən Qəzzada fələstinliləri sistematik şəkildə qətlə yetirən İsrail, “soyqırım”da ittiham olunduğu Beynəlxalq Cinayət Məhkəməsində (ICC) də işin müzakirəsindədir. Məhkəmə prosesində ola biləcək mənfi qərara qarşı gərginliklə gözləyən İsrail hökuməti bu gün ani bir addım atıb.

Netanyahu Hökumətinin qərarı ilə İsrail Xarici İşlər Nazirliyi, BCM-nin İsrail rəsmiləri haqqında həbs qərarı çıxaracağı təqdirdə hazır olması üçün dünyadakı səfirliklərinə mesaj göndərib.

Nazirlikdən verilən yazılı açıqlamada, “Xarici İşlər Naziri Yisrael Katz bütün İsrail missiyalarına antisemitizm və anti-İsrail hadisələrinin ciddi dalğasına qarşı dərhal hazırlaşmağı tapşırıb” deyə bildirilib.

Bildirilib ki, Katz həm də xaricdəki yəhudi təşkilatlarını mümkün hərəkətlərə hazırlıq üçün cəlb etmək və səlahiyyətlilərlə koordinasiyalı şəkildə yəhudi qurumları ətrafında təhlükəsizliyi gücləndirmək göstərişi verib. Bəyanatda haşiyə olaraq BCM-nin İsrail rəsmilərinə qarşı həbs qərarı verməməsini gözlədikləri bildirilib.

Cənubi Afrikanın müraciəti ilə İsrail Qəzzadakı hərəkətlərinə görə “soyqırım” ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olundu.

Bildirilib ki, BCM beynəlxalq həbs qərarı verərsə, İsrail bir sıra “təcili tədbirləri, o cümlədən “ICC-nin qərarına qarşı beynəlxalq səviyyədə siyasi kampaniyaya başlamaq”ı təsdiqləyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Uzaq Şərqdə hərbi qaçış riski ilə üzləşə bilər – Rusiyanın Şimali Koreyadakı səfiri

Bugün TV

Yeni Delhi’de “yüksek sıcaklık” uyarısı

Aynur Camal

Konqoda yenidən üsyançılarla döyüşlər başlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu