Texnologiya

İstidə ventilyatordan istifadə zamanı ən çox edilən səhvlər hansılardır?

Bugun.tv xəbər verir ki, fizik və riyaziyyat müəllimi Denis Yeqorov isti havalarda ventilyatordan düzgün istifadə qaydasını izah edərək, insanların ən çox etdiyi səhvə diqqət çəkib. Onun sözlərinə görə, ventilyatorun hava axınını birbaşa insana yönəltmək əvəzinə, açıq pəncərəyə doğru çevirmək otağın daha səmərəli soyumasına kömək edir.

Mütəxəssis bildirib ki, ventilyator özü havanın temperaturunu aşağı salmır. Onun əsas funksiyası qızmış hava kütlələrinin otaqdan daha sürətlə çıxmasını və təmiz havanın daxil olmasını təmin etməkdir. Bu proses hava axınının sürətinin artması nəticəsində baş verir və Bernulli qanununun təsiri ilə isti hava daha effektiv şəkildə çölə yönləndirilir.

Denis Yeqorov qeyd edib ki, mənzilin müxtəlif tərəflərində yerləşən pəncərələri açmaq təbii hava dövranı yaradır və ventilyatorun təsirini daha da artırır. Bu zaman isti hava otaqdan sürətlə xaric olur, onun yerini isə daha sərin hava tutur.

Bununla belə, fizik vurğulayıb ki, bu üsul yalnız çöldəki hava otaqdakı havadan sərin olduqda effekt verir. O, səhər tezdən və ya gecə saatlarında pəncərələri açmağı, gündüz isə pəncərələri bağlı saxlamağı və qalın pərdələrdən istifadə etməyi tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, ventilyator yalnız insana tərəf yönəldildikdə dəridəki nəmin daha sürətli buxarlanmasına kömək edir və sərinlik hissi yaradır. Lakin bu halda otaqdakı havanın temperaturu dəyişmir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Netflix, Disney+ və Amazon Qərbi Avropada qiymətləri dünyada ən sürətlə artırır

Aynur Camal

26 illik köhnə kompüteri yenidən işə saldı: 700-ə yaxın oyun yüklədi

Aynur Camal

Braziliya süni intellekt üçün 444 milyon dollarlıq superkompüter layihəsinə başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu