Bugun.tv xəbər verir ki, İsveç bu il 67-ci Eurovision mahnı müsabiqəsində 583 xalla qalib olub
Ötən il keçirilən “Eurovision” mahnı müsabiqəsində Ukrayna qalib gəlsə də, Rusiya-Ukrayna müharibəsi səbəbindən yarışmaya 2022-ci ilin ikincisi Böyük Britaniya ev sahibliyi edib.
Dünən yayımlanan “Eurovision 2023” final gecəsi ötənilki müsabiqənin qalibi Ukraynanın “Kaluş” orkestri qrupu ilə açılıb.
Finalda mübarizə aparan ölkələr arasında İsveç 583 xalla 1-ci, Finlandiya 526 xalla 2-ci, İsrail 362 xalla 3-cü pillədə qərarlaşıb.
Finalda ən aşağı xalı olan Almaniya 18 xalla Eurovision finalını başa vurub.
Finalda mübarizə aparan 26 ölkə arasında müvafiq olaraq Avstriya, Portuqaliya, İsveçrə, Polşa, Serbiya, Fransa, Cənubi Kipr, İspaniya, İsveç, Albaniya, İtaliya, Estoniya, Finlandiya, Çexiya, Avstriya, Belçika, Ermənistan, Moldova, Ukrayna , Norveç, Almaniya, Litva, İsrail, Sloveniya, Xorvatiya, İngiltərə iştirak edib.
Digər tərəfdən, ötən il Rusiyanın Ukraynaya hücumları səbəbindən Avropa Yayım Birliyi (EBU) Rusiyanın “Eurovision”da iştirakını qadağan etmişdi.
Qeyd edək ki, Rusiya son iki ildə “Eurovision”da iştirak etmir.
Mənbə: TRThaber
