İsveç seçkiləri, süni intellekt, saxta hesablar, informasiya müdaxiləsi, sosial şəbəkələr, seçki təhlükəsizliyi, siyasi manipulyasiya, Avropa xəbərləri
Dünya

İsveç seçkilərə müdaxilə təhlükəsinə qarşı tədbirləri gücləndirir

Bugun.tv xəbər verir ki, İsveç sentyabrın 13-də keçiriləcək parlament seçkiləri ərəfəsində xarici qüvvələrin informasiya müdaxiləsi və süni intellektdən istifadə etməklə ictimai fikrə təsir göstərməsi riskinə qarşı tədbirləri gücləndirib.

“Euronews”un məlumatına görə, İsveç hakimiyyəti sosial şəbəkələrdə saxta hesablar, koordinasiya olunmuş paylaşımlar və süni intellektlə hazırlanmış məzmunlar vasitəsilə siyasi mühitə təsir göstərilməsi ehtimalını araşdırır.

İsveç Psixoloji Müdafiə Agentliyinin son sorğusuna əsasən, ölkə əhalisinin 64 faizi xarici qüvvələrin bu il İsveçin daxili siyasi proseslərinə təsir göstərməyə çalışacağını ehtimal edir.

Qurum daha əvvəl “Holiday” adlandırılan və təxminən 1 200 saxta X hesabından ibarət şəbəkə aşkarlayıb. Həmin hesablar 2025–2026-cı illərdə 50 mindən çox paylaşım, şərh və digər fəaliyyət həyata keçirib. Şəbəkənin İsveç və digər ölkələrə qarşı mənfi informasiya təsiri yaratmağa çalışdığı bildirilir.

Mütəxəssislər süni intellektin böyük həcmdə siyasi məzmunun qısa müddətdə hazırlanmasına imkan verdiyini və bunun sosial şəbəkələrdə manipulyasiyanı asanlaşdıra biləcəyini bildirirlər.

Bununla belə, İsveç rəsmiləri hazırda seçkilərə konkret xarici dövlət tərəfindən təşkil edilmiş genişmiqyaslı müdaxilə müəyyən etmədiklərini açıqlayıblar. Ölkə hakimiyyəti əsas məqsədin seçicilərin saxta məlumatları vaxtında tanımasına və informasiya təhlükəsizliyinin qorunmasına nail olmaq olduğunu bildirir.

Mənbə:  Euronews

Aynur Camal

Oxşar xəbərlər

Euronews — “South Park”ın adı dəyişdirildi

Aynur Camal

Süni intellekt dərman hazırlanmasına kömək edəcək

Aynur Camal

Böyük Britaniyada 2 mindən çox uçuş ləğv edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu