Bugun.tv xəbər verir ki, İsveçin Sandviken qəsəbəsində bir restorana silahlı basqın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Stokholmdan 190 kilometr şimalda yerləşən Sandviken qəsəbəsində baş verən hücumda ölənlərdən birinin 70 yaşlarında, yaralananların isə restoranın müştəriləri olduğu bildirilib.
Polis sözçüsü açıqlamasında, 20 yaşlarında ölən şəxsin əsas hədəf olduğuna inandıqlarını bildirib. “Digər 3 nəfərin də təsadüfən orada olduğunu düşünürük”, – deyib.
Sözçü hücumçunun cinayətkar dəstə ilə əlaqəsinin ola biləcəyini bildirsə də, mövzu ilə bağlı ətraflı açıqlama verməyib. Hücum edən şəxs hələ də tutulmayıb.