23 C
Baku
24 Aprel 2025, 14:48
Baş xəbərDünya

İtaliya ABŞ-ın rüsumlarına reaksiya verdi

İtaliyanın baş naziri Giorgia Meloni ABŞ-ın Avropa İttifaqına (Aİ) gömrük rüsumları tətbiq etmək qərarının “yanlış tədbir” olduğunu bildirib.

ABŞ prezidenti Donald Trampın dünən digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəklərini açıqlamasının ardından İtaliya AB ilə də qarşılıqlı tariflərin 20 faiz olmasının nəzərdə tutulmasına reaksiya verib.

İtaliyanın baş naziri Giorgia Meloni Facebook-da “ABŞ-ın Aİ-yə tariflər tətbiq etməsini yanlış addım hesab edirəm və heç bir tərəfin marağında deyil” deyib.

Ticarət müharibələrinin risklərinə diqqət çəkən Meloni qeyd edib: “ABŞ ilə razılığa gəlmək üçün əlimizdən gələni edəcəyik. Çünki belə bir ticarət müharibəsinin Qərbi zəiflədəcəyinə və digər qlobal aktorların xeyrinə işləyəcəyinə inanırıq. Hər halda, biz həmişə olduğu kimi, İtaliyanın və onun iqtisadiyyatının maraqlarını qoruyaraq, digər avropalı tərəfdaşlarımızla məsləhətləşərək hərəkət edəcəyik”.

Baş nazirin müavini və Xarici İşlər Naziri Antonio Tajani də X platformasındakı yazısında ABŞ-la tarif müharibəsindən qaçmaq lazım olduğunu bildirərək, “Çünki bu, həm ABŞ, həm də Avropa vətəndaşlarına zərər verəcək. Biz artıq AB-dəki tərəfdaşlarımızla birgə vəziyyəti dəyərləndirmək və dialoqa əsaslanan cavab formalaşdırmaq üzərində işləyirik lazımdır” İfadələrini verib.

Tajani sözlərinə belə davam edib: “ABŞ-ın narahatlıqlarını nəzərə alan, lakin Avropanın qanuni maraqlarını qoruyan möhkəm və konstruktiv danışıqlara ehtiyac var. Hökumətimiz İtaliyanın istehsal sistemini həssas vəziyyətdə qoymayacaq və biz ixrac fəaliyyət planına uyğun olaraq məhsullarımızın satış bazarlarının şaxələndirilməsi üzərində çalışacağıq”.

Prezident Tramp ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və baza tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlamışdı.

Trampın dünən imzaladığı sərəncamda ABŞ-ın bir çox ticarət tərəfdaşlarına tariflərin tətbiqi daxildir. Bunlar arasında Çinə 34 faiz, Avropa İttifaqına 20 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Yaponiyaya 24 faiz, Hindistana 26 faiz və Türkiyəyə yüzdə 10 qarşılıqlı tariflərin tətbiqi planlaşdırılır.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Rusiyaya məxsus təyyarənin Minsk yaxınlığında görüntüləri yayıldı

Nigar Məmmədova

Azərbaycanda zəlzələ oldu!

Elnarə Dərziyeva

Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu