Dünya

Rusiya: Türkiyənin sülh səylərinə görə minnətdarıq

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Bugun.tv xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

Peskov qeyd edib ki, hazırda Ukrayna ilə danışıqlar prosesinin yaxın zamanda bərpa olunacağına dair gözlənti yoxdur. Bununla belə, Moskvanın sülh danışıqlarına açıq mövqeyini qoruduğunu vurğulayıb.

Kremlin nümayəndəsinin sözlərinə görə, Kiyev münaqişənin həlli üçün hansı addımları atmalı olduğunu yaxşı bilir və Ukrayna hökumətində baş verən kadr dəyişiklikləri Rusiya üçün xüsusi əhəmiyyət daşımır.

Dmitri Peskov Türkiyənin vasitəçilik təşəbbüslərinə də toxunaraq bildirib ki, Rusiya Ankaranın Ukrayna böhranının sülh yolu ilə həllinə töhfə vermək istəyini yüksək qiymətləndirir və buna görə Türkiyəyə minnətdardır.

O, həmçinin vurğulayıb ki, beynəlxalq münaqişələrin sadə razılaşmalarla həll olunması mümkün deyil. Peskovun fikrincə, belə böhranların aradan qaldırılması uzunmüddətli, mürəkkəb və çoxşaxəli diplomatik proses tələb edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Payızda yorğunluq və yuxululuq niyə artır? Mütəxəssislər səbəbləri açıqlayır

Aynur Camal

Rusiya dörd Avropa ölkəsindən olan şirkətlərin aktivlərini idarəetməyə verdi

Aynur Camal

Ukraynada polad istehsalı tamamilə dayandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu